BİZNES

28 Avqust

OpenAI restrukturizasiyası 2026-cı ilə qədər uzana bilər – Microsoft razılığı hələ əldə olunmayıb

OpenAI-nin restrukturizasiyası 2026-cı ilə qədər uzana bilər. Financial Times-a istinadən məlum olur ki, IPO planlarını başa çatdırmaq üçün OpenAI ən böyük investoru Microsoft ilə yeni tərəfdaşlıq şərtlərini razılaşdırmalıdır. Hazırkı kommersiya müqaviləsi 2030-cu ilə qədər qüvvədədir, lakin tərəflər API və Azure şərtləri üzrə konsensusa hələ gələ bilməyiblər.

Əgər razılıq ilin sonuna qədər əldə olunmasa, Yapon SoftBank OpenAI-a vəd edilmiş 10 milyard dollar investisiyanı həyata keçirməyə bilər. Bununla yanaşı, ChatGPT tərtibatçısının əlavə kapital cəlb etmək planları da risk altında qalacaq. OpenAI Azure-dan başqa dövlət müştəriləri ilə əməkdaşlıq imkanlarını da genişləndirmək niyyətindədir.